13:52 28-12-2021
news_image
191
FUTBOL

Ançelottinin 1,4, Alvesin 1 milyon avro borcu var - SƏBƏB

İspaniya Vergi Xidmətinə ən çox borcu olanların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə tanınmış futbol simaları da yer alıb.

“Barselona” sabiq futbolçusu Samuel Etoonun borcu 981 min 598 avro təşkil edir. “Real”ın baş məşqçisi Karlo Ançelottinin borcu daha çoxdur. O, 1,4 milyon avro ödəməlidir. “Barselona”nın müdafiəçisi Dani Alves 1 milyon ödəməlidir.

Qeyd edək ki, bu siyahıya əvvəl 1 milyondan artıq borcu olanlar daxil edilirdisə, avqustun 31-dən bu rəqəm 600 minə endirilib.