15:32 28-12-2021
news_image
313
FUTBOL

Emreli Almaniya, Macarıstan və İspaniya klublarına təklif edildi

FİFA meneceri Endo Osmani təmsilçisi olduğu Mahir Emreli üçün yeni axtarışa çıxıb.

Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, o, azərbaycanlı müştərisinin xidmətini Almaniya, Macarıstan və İspaniya klublarına təklif edib.

Osmani bu məqsədlə həm həmkarları, həm də müxtəlif komandaların nümayəndələri ilə görüşlər keçirib.

Qeyd edək ki, Emreli 2021-ci ilin yanında Polşanın “Legiya” klubu ilə 3 illik müqavilə imzalayıb.