23:32 28-12-2021
news_image
147
FUTBOL

“Sevilya” “Mançester Yunayted”dən onu istədi

“Mançester Yunayted”in futbolçusu Antoni Marsial karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Sevilya” İngiltərə klubuna hücumçu ilə bağlı rəsmi müraciət edib.

La Liqa təmsilçisi 26 yaşlı fransalını icarəyə götürmək təklifini irəli sürüb. Marsial cari mövsümdə Premyer Liqada cəmi 7 matça çıxıb. Onun hesabında 1 qol var.