17:52 28-12-2021
news_image
227
STOLÜSTÜ OYUNLAR

İddiaçılar turnirindən Teymur Rəcəbovun 5 rəqibi bilindi

Şahmat üzrə İddiaçılar turnirinin yeri və vaxtı dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, bunu FİDE açıqlayıb.

Yarış iyunun 16-dan iyulun 7-dək keçiriləcək. Turnirə İspaniya paytaxtı Madrid ev sahibliyi edəcək.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun da qatılacağı turnirdə 8 şahmatçı mübarizə aparacaq. Onlardan altısının adı dəqiqləşib.

Teymurun rəqibləri arasında Fabiano Karuana, Yan-Krşiştof Duda, Alireza Firuzya, Sergey Karyakin və Yan Nepomnyaşi yer alıb. Digər iki iştirakçı gələn ilin fevral-aprel aylarında FİDE Qran-Prisində dəqiqləşəcək.