17:37 29-12-2021
news_image
189
FUTBOL

“Sevilya”da koronavirusa 3 yoluxma

“Barselona”dan sonra İspaniyanın daha bir klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, “Sevilya”nın futbolçusunun testi pozitiv nəticələnib.

Əndəlüs klubu rəsmi saytı vasitəsilə Milad tətili öncəsi bütün komandanın testdən keçdiyini və adı açıqlanmayan 3 oyunçunun koronavirusa yoluxduğunu bəyan edib. Həmin oyunçular evlərində təcrid olunub və karantin müddəti bitdikdən sonra kollektivə qoşula biləcəklər.

Qeyd edək ki, “Barselona”nın da 7 futbolçusunun koronavirusa yoluxduğu açıqlanıb.