09:22 30-12-2021
news_image
3070
FUTBOL

“Qarabağ”ın maraqlandığı qapıçının istədiyi məbləğ açıqlandı

Dortmund “Borussiya”sının qapıçısı Roman Bürkinin karyerasını Azərbaycanda davam etdirməsi real görünmür.

Apasport.az saytının məlumatına görə, “Bild” nəşri “Qarabağ”ın maraq dairəsində olan qolkiper ölkəmizə yollanmağa müsbət yanaşmır.

Buna səbəb kimi, isveçrəlinin həm yüksək məbləğdə maaş alması, həm də daha güclü liqalarda oynamaq istəməsi göstərilib. 31 yaşlı qapıçının “Borussiya”da illik məvacibi 5 milyon avrodur və o, güzəştə getmək fikrində deyil. Üstəlik, qolkiper İngiltərə, İspaniya və İtaliya kimi ölkələrdə çıxış etmək arzusundadır.

Qeyd edək ki, 2015-ci ildən “Borussiya”da çıxış edən Roman Bürki cari mövsüm Bundesliqa təmsilçisinin ehtiyat qapıçısına çevrilib.