10:09 30-12-2021
news_image
382
FUTBOL

“Legiya” Mahir Emreliyə alternativ tapdı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Legiya”nın qış transfer planı məlum olub.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, Varşava təmsilçisi heyətini yerli futbolçularla gücləndirmək niyyətindədir.

Bildirilib ki, “Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade de olmaqla bir neçə oyunçunun adı “Legiya” ilə hallansa da, rəhbərliyin belə bir planı yoxdur. Baş məşqçi Aleksandar Vukoviç və yeni idman direktoru Yatsek Zielinski üçün prioritet yerli futbolçulardır.

Zielinski “Zaqlebye”nin gənc oyunçuları Lukaş Poreba və Patrik Şişin keçidində maraqlıdır. Xüsusən də, 23 yaşlı sağ cinah vinger Şişə komandadan ayrılmaq ehtimalı olan Emreliyə alternativ gözü ilə baxılır. Rəhbərlik hər iki futbolçunun böyük potensialı olduğundan, onları əsas heyət üçün transfer etmək niyyətindədir.

Qeyd edək ki, Mahir Emreli mövsümün əvvəlində “Qarabağ”dan transfer edilsə də, qış fasiləsində komandanı tərk edə bilər.