11:52 30-12-2021
news_image

Radik İsayevin karyerasına dünya çempionatından sonra aydınlıq gələcək

Taekvondo üzrə milli komandalarımız yanvarın 5-də təlim məşq toplanışına başlayacaq.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib.

O bildirib ki, bu toplanış qarşıdakı dünya çempionatına hazırlıq məqsədi daşıyır. Paşayev həmçinin Olimpiya çempionu Radik İsayevin də toplanışa cəlb olunacağını bildirib: “Radik yalnız dünya çempionatında iştirak etdikdən sonra karyerasını bitirib-bitirməyəcəyinə qərar verəcək”.

Paşayev yığmanın digər üzvü, Olimpiya mükafatçısı Milad Beiqi Harçeqaninin də yığmanın heyətində olacağını vurğulayıb: “Milad Beiqi Azərbaycana ali təhsilini bitirib gəlmişdi. Amma hərbi xidmətini bitirməmişdi. Beiqi bu məsələni həll etdi. Hazırda ölkəmizdədir. Son toplanışda da iştirak edib. O, yanvarın 5-dən millinin düşərgəsində olacaq”.

Niyaməddin Paşayev təlim-məşq toplanışında 22 kişi, 8 qadın taekvondoçunun iştirak edəcəyini sözlərinə əlavə edib.