13:07 30-12-2021
news_image
169
FUTBOL

De Xea “Mançester Yunayted”dən gedəcək

“Mançester Yunayted”in qapıçısı David de Xea İngiltərə təmsilçisi ilə müqaviləni uzatmayacaq.

Apasport.az saytının məlumatına görə, 31 yaşlı ispaniyalı qolkiper anlaşması başa çatdıqdan sonra klubu azad agent kimi tərk edəcək.

Onun mançesterlilərlə sözləşməsi 2023-cü ilin yayında başa çatacaq. Klub rəhbərliyi artıq indidən ona əvəzləyici axtarır. De Xea karyerasını İtaliyada davam etdirə bilər. O, “Yuventus”un maraq dairəsindədir.

Qeyd edək ki, Davidin transfer qiyməti 18 milyon avrodur.