00:00 31-12-2021
news_image
414
FUTBOL

“Sumqayıt”da 8,5 ildən sonra

Aleksey Baqa “Sumqayıt”ın tarixinə ikinci legioner baş məşqçi kimi düşüb.

Apasport.az saytının məlumatına görə, belaruslu mütəxəssisə qədər “Gənclik şəhəri” təmsilçisini yalnız bir əcnəbi çalışdırıb.

Bu, 2011-13-cü illərdə həmin vəzifəni tutan Bernhard Raabdır. Almaniyalı klub tarixinə Premyer Liqada ilk çalışdırıcı kimi düşüb.

2013-cü ilin iyununda postunu tərk edən almaniyalıdan 8,5 il sonra “Sumqayıt”da yenidən legioner çalışdırıcı işləyəcək. Ümumilikdə isə Baqa klub tarixinə Premyer Liqadakı 6-cı baş məşqçi kimi düşəcək. Raabdan (2011-13) sonra komandaya Aqil Məmmədov (2013-15), Samir Abasov (2015-18), Nazim Süleymanov (2018) və Ayxan Abbasov (2018-21) başçılıq edib.