14:40 30-12-2021
news_image
374
DİGƏR NÖVLƏR

Azərbaycan idmançılarının 2021-ci ildə qazandığı medalların sayı açıqlandı

Azərbaycan idmançıları 2021-ci ildə qazandığı medalların sayı açıqlanıb.

Azərbaycan Gənclər və İdman Nazirliyindən apasport.az saytına verilən məlumatına görə, başa çatmaqda olan il ərzində qitə və dünya çempionatlarında, kubok yarışlarında, Qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda ümumilikdə, 519 medal qazanılıb. 

Bu medallardan 179-u qızıl, 147-si gümüş və 193-ü bürüncdür. Olimpiya növlərində 227 (62 qızıl, 62 gümüş, 103 bürünc) mükafat əldə olunub.

İdmançılarımız qeyri-olimpiya növlərində 292 (117 qızıl, 85 gümüş, 90 bürünc) dəfə fəxri kürsüyə qalxıb.