00:03 02-01-2022
news_image
418
DİGƏR NÖVLƏR

“Formula-1”: Azərbaycan Qran-prisinin mövqeyi açıqlandı

“Formula-1”in 2021 mövsümünün ən yaxşı yarışları bəlli olub.

Apasport.az saytının məlumatına görə, dünya çempionatının baş tutan 21 mərhələsi azarkeşlər arasında 10 ballıq şkala üzrə səsvermə ilə dəyərləndirilib.

Azərbaycan Qran-Prisi siyahıda 8-cidir. Yarış 10 ballıq şkala ilə 7,8-ə layiq görülüb.

Ən yaxşı adına Rusiyadakı mərhələ yiyələnib – 9,0. Macarıstan 8,7, Bəhreyn 8,6 ilə ilk “üçlüy”ə düşüb.