18:01 30-12-2021
news_image
174
STOLÜSTÜ OYUNLAR

Dünya çempionatı iştirakçılarında koronavirusa yoluxma

Polşanın paytaxtı Varşavada keçirilən rapid və blits üzrə dünya çempionatının iştirakçılarında koronavirusa yoluxma aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyası (FİDE) məlumat yayıb.

Bildirilib ki, bu səhər uçuşlardan əvvəl edilən bir neçə COVID testi müsbət çıxıb. Bu səbəbdən qrossmeysterlər turniri tərk etmək məcburiyyətində qalıb. Onlar təkrar yoxlamadan keçiriləcək.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan 7 kişi, 5 qadın şahmatçı ilə təmsil olunurdu.