14:01 03-01-2022
news_image
218
FUTBOL

“Reyncers”dən Liverpula gəlir

Qış transfer pəncərəsindəki fəallığı ilə seçilən “Everton” daha bir futbolçunun keçidini həll etməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Natan Patterson tibbi müayinədən keçmək üçün Liverpula gələcək.

“Reyncers”in 20 yaşlı müdafiəçisi müayinədən sonra müqavilə imzalamalıdır. Şotlandiyalının keçidi ilə bağlı bütün detallar artıq razılaşdırılıb.

Qeyd edək ki, Patterson cari mövsümün 11 matçında 1 məhsuldar ötürmə verib.