00:36 06-01-2022
news_image
198
FUTBOL

“Mançester Yunayted” müdafiəçisini icarəyə verdi

“Mançester Yunayted” futbolçusu Teden Mendjini icarəyə verib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Mərkəz müdafiəçisi “Birminhem”ə keçib. İngiltərənin gənclər yığmasının üzvü mövsümün sonunadək Çempionşipdə oynayacaq. 19 yaşlı müdafiəçi cari mövsümdə “Mançester Yunayted”də bir oyun keçirib. O, Çempionlar Liqasının “Yanq Boyz”la matçında şans qazanıb.

Qeyd edək ki, Teden ötən mövsümün ikinci yarısında “Derbi”də icarədə olub.