10:16 24-09-2008
news_image
759
STOLÜSTÜ OYUNLAR

Anand: qonşudan qalma dala

Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Şahmat üzrə dünya çempionu Vişvanatan Anand özü haqqında film çəkdirib. “APA-Sport”un məlumatına görə, hindistanlı qrossmeyster karyerasını tarixə köçürmək arzusunu gerçəkləşdirib. “Mənim karyeram” adlanan filmdə Anandın zirvə yolundan bəhs olunub. Şahmatçının həyatının ən vacib anları, həmçinin 1984-cü ildən 1999-cu ilədək olan dövrün maraqlı oyunlarını özündə toplayan film iki DVD-də buraxılıb.
Qeyd edək ki, Anand özündən əvvəl dünya çempionu olmuş Harri Kasparov və Vladimir Kramnikdən sonra özü haqda film çəkdirən üçüncü şahmatçı olub.