11:44 09-01-2022
news_image
1841
FUTBOL

Futbol tarixinin ən bahalı 10 qış transferi

2022-ci ilə qədəm qoymağımızla Avropada transfer pəncərəsi rəsmən açılıb.

Apasport.az saytının məlumatına görə, klublar 2021/22 mövsümünün ikinci yarısı üçün heyətlərini gücləndirməyə başlayıb.

Adətən qış fasiləsində ulduz transferi etmək çətin olur. Ancaq böyük klublar üçün mümkünsüz heç nə yoxdur. Bir neçə gün əvvəl “Mançester Siti”ni “Barselona”ya dəyişən Ferran Torres də qış transferləri tarixinin ən bahalı 10 keçidi arasına düşməyi bacarıb. 

Bu yazıda da futbol tarixində yanvar-fevral aylarında həyata keçirilən ən bahalı transferləri sıralayacağıq.

1. Filipp Koutinyo
Keçmiş klubu: “Liverpul”
Yeni klubu: “Barselona”
Transfer qiyməti: 145 milyon avro

2. Vircil van Deyk
Keçmiş klubu: “Sauthempton”
Yeni klubu: “Liverpul”
Transfer qiyməti: 84,65 milyon

3. Aymerik Laporte
Keçmiş klubu: “Atletik”
Yeni klubu: “Mançester Siti”
Transfer qiyməti: 65 milyon

4. Kristian Pulişiç
Keçmiş klubu: “Borussiya”, Dortmund
Yeni klubu: “Çelsi”
Transfer qiyməti: 64 milyon

5. Pyerr-Emerik Obameyanq
Keçmiş klubu: “Borussiya”, Dortmund
Yeni klubu: “Arsenal”
Transfer qiyməti: 63,75 milyon

6. Dieqo Kosta
Keçmiş klubu: “Çelsi”
Yeni klubu: “Atletiko”
Transfer qiyməti: 60 milyon

7. Oskar
Keçmiş klubu: “Çelsi”
Yeni klubu: “Şanqay SIPG”
Transfer qiyməti: 60 milyon

8. Fernando Torres
Keçmiş klubu: “Liverpul”
Yeni klubu: “Çelsi”
Transfer qiyməti: 58,5 milyon

9. Bruno Fernandes
Keçmiş klubu: “Sportinq”
Yeni klubu: “Mançester Yunayted”
Transfer qiyməti: 55 milyon

10. Ferran Torres
Keçmiş klubu: “Mançester Siti”
Yeni klubu: “Barselona”
Transfer qiyməti: 55 milyon