15:29 06-01-2022
news_image
213
FUTBOL

Premyer Liqada ən yaxşı adına 7 namizəd

İngiltərə Premyer Liqasında dekabrın ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar fərdi mükafata 7 iddiaçı seçiblər.

Bunlar Joao Kanselu, Rahim Sterlinq (hər ikisi “Mançester Siti”), Ceyms Meddison (“Lester”), Qabriel Martinelli, Martin Edeqor (hər ikisi “Arsenal”), Meyson Maunt (“Çelsi”) və Xın Min Sondur (“Tottenhem”).

Bu futbolçular arasında dekabrı ən məhsuldar keçirən Sterlinq olub. O, ötən ilin son ayında 5 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.