12:20 07-01-2022
news_image

Millimiz Niderland və Belçika ilə hazırlıq keçəcək

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yanvar 9-14-də Antalya şəhərində Türkiyə, Niderland, Belçika, Fransa, Yunanıstan, BƏƏ, Gürcüstan və digər ölkələrin iştirakı ilə təlim-məşq toplantısı keçiriləcək. 

Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlıqda milli komandamız da iştirak edəcək. 

Yığmamız 24 kişi və 12 qadın cüdoçu olmaqla yanvarın 8-i Antalyaya yola düşəcək. 

Qeyd edək ki, yanvarın 27-si milli Portuqaliyanın Odivelas şəhərinə Qran-pri və fevralın 3-də isə Parisə “Böyük Dəbilqə” turnirinə yollanacaq.