13:29 08-01-2022
news_image
163
FUTBOL

Oyuna bir saat qalmış Türkiyə klubunda 5 yoluxma

Türkiyə klublarında koronavirusa yoluxma halları getdikcə artır.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi Qaziantep eyni səbəbdən 5 futbolçusunun xidmətindən məhrum qalıb.

Elita klubu bu gün XX tur çərçivəsində “Fatih Karagümrük”lə keçiriləcək oyundan bir saat əvvəl əvvəl 5 nəfərin testinin pozitiv çıxdığını açıqlayıb. Adları açıqlanmayan oyunçular koronavirus protokoluna uyğun olaraq karantinə alınıb.

Qeyd edək ki, “Qaziantep” – “Fatih Karagümrük” oyunu Bakı vaxtı ilə 14:30-da başlayacaq.