21:28 10-01-2022
news_image

Azərbaycan boksçuları mübarizəyə başlayır

Yanvarın 11-də böyüklər arasında boks üzrə Azərbaycan çempionatına start veriləcək.

Apasport.az abf.az-a istinadən xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 29 komandanın 100 kişi boksçusu qatılacaq. Döyüşlər saat 15:00-da başlanacaq. Qaliblərin adına isə yanvarın 15-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, çempionatın baş hakimi Emil Qurbanəliyev olacaq.