“Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Komanla danışıqları müsbət yekunlaşıb.
Apasport.az saytının məlumatına görə, tərəflər yeni müqavilə imzalanmasında razılığa gəliblər.
Anlaşmaya əsasən, 25 yaşlı hücumameyilli oyunçu 2027-ci ilin yayına qədər Münhen təmsilçisinə məxsus olacaq. Fransa millisinin üzvünün hazırkı sözləşməsi gələn ilə qədərdir.
Qeyd edək ki, Kinqsli Koman bu mövsüm “Bavariya”nın heyətində 17 oyun keçirib, 5 qol vurub, 2 məhsuldar ötürmə verib.