16:04 11-01-2022
news_image
190
FUTBOL

UEFA klublarımıza 510 min avro ödədi

UEFA Azərbaycan Premyer Liqasında iştirak edən 7 kluba ödəniş edib.

Apasport.az saytının məlumatına görə, bu məbləğ 2020/21 mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində ödənilib.

Qeyd olunan mövsümdə çempionatda çıxış etmiş, lakin Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində yer almamış klubların hesabına UEFA-dan ayrılmış əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

“Qarabağ” istisna olmaqla, digər 7 klubun hər biri - “Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə” 72 min 866 avro əldə edib. Bu isə ümumilikdə 510 min 62 avro deməkdir.

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulan vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan Klubun hesabına köçürüləcək.