17:12 11-01-2022
news_image
1509
FUTBOL

Fərid Nəbiyev Azərbaycana qayıdır: Ona kimlər maraq göstərir? – YALNIZ BİZDƏ

“Qəbələ”nin yetirməsi Fərid Nəbiyev Vətənə qayıtmağa hazırlaşır.

Apasport.az saytının əldə etdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçi Premyer Liqa klublarının maraq dairəsindədir.

Hazırda Çexiya klubu “Viktoriya”da çıxış edən pleymeykerin Jijkov komandasında işləri o qədər də ürəkaçan getmir. Çünki komandası II liqanın sonuncu pilləsində qərarlaşır. “Viktoriya” ilə sözləşməsi mövsümün sonuna qədər olan U-21 yığmamızın sabiq üzvü Azərbaycana qayıtmağı düşünür.

Gənc oyunçu “Qarabağ” başda olmaqla, yerli oyunçu axtarışında olan “Neftçi”, “Zirə”, “Sabah” və hətta sabiq komandası “Qəbələ”nin maraq dairəsindədir. Ancaq ağdamlılar bu mübarizədə daha şanslı görünür. Çünki futbolçu özü də iddialı komandada gücünü sınamaq arzusundadır. Sadəcə, Fəridin ölkəyə qış fasiləsində, yoxsa mövsümün sonunda qayıdacağı danışıqların gedişindən asılı olacaq.

Qeyd edək ki, Fərid Nəbiyev “Viktoriya”dan əvvəl 2017-2020-ci illəri Çexiyanın digər təmsilçisi “Slaviya”nın əvəzedici komandasında keçirib.