16:26 12-01-2022
news_image
1677
FUTBOL

Mahir Emrelinin müqaviləsində sərbəst qalma məbləği niyə yoxdur? - SƏBƏBi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Legiya” ilə müqaviləsində sərbəst qalma bəndi yoxdur.

Bunu apasport.az saytına açıqlamasında 25 yaşlı forvardın keçmiş meneceri Tural Əsgərov deyib.

Emrelinin “Legiya”ya transferində vasitəçilik edən Əsgərov bildirib ki, ötən ilin yayında danışıqlar zamanı sözləşməyə sərbəst qalma bəndi əlavə etdirmək istəsə də, varşavalılar buna razı olmayıb: “Sonda Mahirin istəyi ilə güzəştə getdik. Açığı, əgər belə bir bənd qoyulsaydı, sərbəst qalma məbləği 5 milyon avrodan az olmayacaqdı. Bu isə indi bir fayda verməyəcəkdi”.

Qeyd edək ki, “Legiya”nın təlim-məşq toplanışına yollanmayan Mahir Emreli 2024-cü ilin yayına qədər olan müqaviləsinə xitam verilməsi üçün Polşa klubuna məktub göndərib.