14:43 12-01-2022
news_image
218
FUTBOL

İsmail Kartal 7 ildən sonra “Fənərbaxça”ya qayıtdı

“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Türkiyə klubu rəsmi saytı vasitəsilə bu posta İsmail Kartalı gətirdiyini açıqlayıb.

61 yaşlı mütəxəssis müvəqqəti olaraq komandanın sükanı arxasına gətirilib. Yeddi ildən sonra “sarı-lacivərdlilər”ə dönən Kartalla müqavilə müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, İsmail Kartal 2014/15 mövsümündə “Fənərbaxça”nı çalışdırıb.