10:08 13-01-2022
news_image
153
FUTBOL

“Sevilya” Karlosu satmaqdan imtina etdi

“Nyukasl”ın Dieqo Karlosun transferi ilə bağlı ilk cəhdi uğursuz alınıb.

Apasport.az saytının məlumatına görə, futbolçunun müqavilə ilə məxsus olduğu “Sevilya” müdafiəçini satmaqdan imtina edib.

İngiltərə klubu Dieqo üçün 25 milyon avro ödəməyə hazır olub. Lakin ispaniyalılar bu təklifi qəbul etməyib. Karlosun keçidində israrlı olan Premyer Liqa təmsilçisi ikinci təklif hazırlayır.

Qeyd edək ki, Karlos cari mövsüm La Liqada 19 matçda meydana çıxıb. Onun hesabında 2 qol var.