12:21 13-01-2022
news_image
181
FUTBOL

Argentinalı müdafiəçinin "Keşlə"yə dönüşü rəsmiləşdi

“Keşlə” qış fasiləsində ikinci transferini açıqlayıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Franko Floresin keçidi rəsmiləşib.

29 yaşlı argentinalı futbolçu köhnə-yeni komandası ilə müqavilə imzalayıb. Anlaşmaya əsasən, mərkəz müdafiəçisi mövsümün sonuna qədər bakılıların formasını geyinəcək. Onun son klubu Hondurasın “Real Espana” olub olub.

Qeyd edək ki, Franko Flores 2019-cu ilin yayından 2020-ci ilin sonuna qədər “Keşlə”də çıxış edib. Paytaxt təmsilçisi ona qədər Fəhmin Muradbəylini “Neftçi”dən icarəyə götürüb.