22:00 13-01-2022
news_image
208
FUTBOL

Ronaldo: “5-ci yeri tutmaq istəmirəm”

“Mentalitetimiz ən azı “Top-3” səviyyəsində olmalıdır. Başqa variantla razı deyiləm”. 

Apasport.az saytının məlumatına görə, bunu Kriştiano Ronaldo deyib.

Portuqaliyalı ulduz “Mançester Yunayted”in Premyer Liqadakı durumundan narazıdır. O, komandada dəyişiklikləri zəruri sayır: “Mən 6-cı, 7-ci və ya lap 5-ci yeri tutmaq istəmirəm. Mən qələbə qazanmağa çalışmaq, rəqabət aparmaq üçün burdayam. Hələ çox artırmalıyıq. Mentalitetimizi dəyişsək, böyük uğurlar qazana bilərik. Necə dəyişməli olduğumuzu da bilirəm. Ümid edirəm ki, “Mançester Yunayted” azarkeşlərin arzuladığı səviyyəyə çatacaq. Onlar buna layiqdirlər”.

Qeyd edək ki, mançesterlilər hazırda Premyer Liqada 7-cidir.