14:05 13-01-2022
news_image
272
FUTBOL

“Cenoa” Şevçenkonun müqaviləsinə xitam verəcək

“Cenoa”nın baş məşqçisi Andrey Şevçenko vəzifəsini tərk etməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, A seriyası təmsilçisi ukraynalı mütəxəssisi müqaviləyə xitam verməyə razı sala bilib.

Hətta İtaliya kubokunun 1/8 final mərhələsində bu gün “Milan” üzərində qələbə də qərara təsir etməyəcək.

“Genoa” əməkdaşlığa vaxtından əvvəl xitam verəcəyi üçün Şevçenko və ümumi məşqçilər korpusuna təxminən 20 milyon avro ödəməli olacaq. Genuyalılar “Lion” və “Roma”nın sabiq baş məşqçisi Rudi Qarsiya ilə görüş təyin edib. 57 yaşlı fransalı rəhbərliyin ilk variantıdır. Bu posta digər namizəd isə “Herta”nın keçmiş çalışdırıcısı Bruno Labbadiadır.

Qeyd edək ki, “Cenoa” Andrey Şevçenkonun rəhbərliyi altında keçirdiyi 10 oyunun yalnız 1-də qələbə qazanıb, 6 dəfə məğlub olub, 3 dəfə bərabərə qalıb.