15:04 13-01-2022
news_image
469
FUTBOL

“Sumqayıt” 11-ci yerdə, “Neftçi” yenə ikinci pillədə

Azərbaycan Premyer Liqasında XXI əsrdə ən çox xal toplayan komandalar bəlli olub.

Apasport.az saytının hesablamalarına görə, 2001-ci il yanvarın 1-dən indiyədək ən çox xal toplayan komanda “Qarabağ”dır.

Ağdam klubu 21 ildə 1115 xal yığıb. İkinci yerdə olan “Neftçi” də 1000 xal səddini adlasa da, liderdən xeyli geri qalır. Bu fərq 44-ə bərabərdir.

Premyer Liqada çıxışını davam etdirənlərdən “Keşlə” 3-cü, “Qəbələ” 4-cü yerdə möhkəmlənib. “Top-11”də “Sumqayıt” da var. “Gənclik şəhəri” təmsilçisi 11-cidir.

1. “Qarabağ” -    1115
2. “Neftçi” - 1071
3. “Keşlə” - 966
4. “Qəbələ” - 657
5. “Bakı” - 588
6. “Xəzər Lənkəran” - 583
7. AZAL - 485
8. “Turan” - 353
9. “Simurq” - 344
10. “Kəpəz” - 335
11. “Sumqayıt” – 332