17:55 13-01-2022
news_image
216
FUTBOL

Dibala “Yuventus”la razılaşmadı

Paulo Dibala mövsümün sonunda “Yuventus”u tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü yayda azad agent kimi başqa kluba keçməyi nəzərdən keçirir.

Buna səbəb yeni müqavilə məsələsində klubla ortaq məxrəcə gələ bilməməsidir. “Qoca sinyora” maaş artımı olmayacağını, ən yaxşı halda sözləşmənin eyni şərtlərlə uzadılacağını bildirib. Bu isə 28 yaşlı forvardı qane etmir.

Klub fikrini dəyişməsə, Dibala mövsümün sonunda digər təkliflərdən birini qəbul edəcək.