20:17 14-01-2022
news_image
287
FUTBOL

“Qarabağ”dan ilk sınaqda qolsuz sülh - YENİLƏNİB

Mövsümün ikinci yarısına hazırlığını Türkiyədə davam etdirən “Qarabağ” yoxlama görüşü keçirib. 

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasındakı təmsilçimiz bu gün Antalyadakı ilk matçında çıxıb. 

Qurban Qurbanovun yetirmələri “Qaz Metan”ı sınağa çəkib. Rumıniya klubu ilə qarşılaşma “Gloria Sports Arena”da baş tutub. Oyun qolsuz bərabərliklə yekunlaşıb. 

Qeyd edək ki, “Qarabağ” yanvarın 21-də “Baçka Topola” (Serbiya), “Şlensk” (Polşa), 25-də isə “Tatran” (Slovakiya) və “Visla” (Krakov, Polşa) ilə üz-üzə gələcək. Ağdamlılar ayın 26-da Vətənə qayıdacaq.

Yoxlama oyunu
14 yanvar
18:00. “Qarabağ” – “Qaz Metan” (Rumıniya) - 0:0

Antalya. “Gloria Sports Arena”