22:05 14-01-2022
news_image
226
FUTBOL

Ona çatan yoxdur – Kvaratsxeliya, Sadıqov, Qurbanov...

Azərbaycan millisinin heyətində meydana çıxan ən yaşlı futbolçular müəyyənləşib.

Apasport.az saytının bununla bağlı araşdırmalarına görə, Dani Alvesin 39 yaşında Braziliya yığmasına çağırılması səbəb olub.

Məşhur müdafiəçidən fərqli yığmamızda bu qədər “qoca” oyunçu olmayıb. Milli tarixinin ən yaşlı oyunçusu Gennadi Drozdov olub.

Onun millidəki son matçı 36 yaşını tamamlamağa bir neçə gün qalmışa təsadüf edib. Ümumiyyətlə isə 8 futbolçumuz yığmaya 35 yaşından sonra vida edib.

1. Gennadi Drozdov - 35 yaş 11 ay 27 gün
2. Badri Kvaratsxeliya - 35 yaş 7 ay 21 gün
3. Yaşar Vahabzadə - 35 yaş 7 ay 7 gün
4. Rasim Abışov - 35 yaş 5 ay 11 gün
5. Mahmud Qurbanov - 35 yaş 4 ay
6. Rəşad Sadıqov - 35 yaş 3 ay 19 gün
7. Ramiz Məmmədov - 35 yaş 1 ay 26 gün
8. Aslan Kərimov - 35 yaş 1 ay 2 gün