14:36 14-01-2022
news_image
153
FUTBOL

Ən çox futbolçu ixrac edən 10 ölkə - SİYAHI

2021-ci ildə ən çox futbolçu ixrac edən ölkələrin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, FİFA-nın hesabatına əsasən ən çox oyunçu yola salan 10 ölkə bəlli olub.

Bu baxımdan Braziliya yenə ilk sıradadır. Cənubi Amerika ölkəsinin il ərzində 1749 oyunçusu başqa ölkə klubuna keçib. Qitənin digər ölkəsi Argentina ikinci sıradadır. İlk “üçlüy”ü isə Böyük Britaniya qapayır.

Ümumiyyətlə, beynəlxalq transferlərə 2021-ci ildə 179 müxtəlif ölkənin nümayəndəsi cəlb olunub. Təkcə ilk “10-luq”dakı ölkələr bütün ölkələrin transferinin 40 faizini təşkil edir.

Ən çox futbolçu ixrac edənlər:
1. Braziliya – 1749 futbolçu
2. Argentina – 896
3. Böyük Britaniya – 837
4. Fransa – 772
5. Kolumbiya – 653
6. Nigeriya – 624
7. İspaniya – 537
8. Qana – 456
9. Serbiya – 446
10. Niderland - 408