17:23 14-01-2022
news_image
1465
FUTBOL

“Real” “Barselona”nın müdafiəçisini istəyir

“Barselona”nın futbolçusu Ronald Arauxo əzəli rəqib “Real”ın formasını geyinə bilər.

Apasport.az saytının məlumatına görə, “kral klubu” 22 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.

Madridlilər Uruqvay millisinin üzvünün klubu ilə yeni müqavilə imzalamamasına ümid edir. Belə olarsa, futbolçu gələn il azad agent kimi “Real”ın formasını geyinə bilər. Çünki Arauxonun kataloniyalılarla sözləşməsi 2023-cü ilin yayına qədərdir. Tərəflər arasında son danışıq zamanı Ronaldın maaş tələbləri “Barselona” rəhbərliyi tərəfindən qəbul olunmayıb.

Qeyd edək ki, Ronald Arauxo bu mösüm “Barselona”nın heyətində bütün turnirlərdə 22 oyuna çıxıb, 2 qol vurub.