17:27 14-01-2022
news_image
113
FUTBOL

Messi nə vaxt qayıdır?

PSJ-nin futbolçusu Lionel Messinin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu Fransa klubunun mətbuat xidməti açıqlayıb.

Argentinalı hücumçu yalnız gələn həftə komanda məşqlərinə qatılacaq. Koronavirusdan sağaldıqdan sonra bərpa prosesi keçən 36 yaşlı forvard “Brest”lə qarşıdakı matçı da buraxacaq. Bu oyun sabah baş tutacaq.

Qeyd edək ki, Messi Argentina yığmasının Çili ilə yanvarın 28-də, Kolumbiya ilə fevralın 2-də baş tutacaq DÇ-2022-nin seçmə mərhələsinin oyunlarını da buraxacaq.