23:28 14-01-2022
news_image
68
FUTBOL

Ən populyar “marşrut”

FİFA 2021-ci ilin ən populyar transfer “marşrutlar”ının siyahısını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, ötən illə bağlı hesabatda futbolçuların ən çox hərəkət etdiyi 10 istiqamət yer alıb.

Braziliyadan Portuqaliyaya daha çox futbolçu yollanıb. Bu marşrutla 274 oyunçu hərəkət edib. Əks istiqamətdə isə 200 nəfər transfer olunub.

“Top-10”da Almaniyadan Türkiyəyə gələnlər də yer alıb. Belələrinin sayı 53-dür.

1. Braziliyadan Portuqaliyaya - 274
2. Portuqaliyadan Braziliyaya – 200
3. Almaniyadan Avstriyaya – 59
4. İspaniyadan Andorraya – 57
5. İspaniyadan Portuqaliyaya – 56
6-8. Fransadan Belçikaya – 54
Belçikadan Fransaya – 54
İngiltərədən İspaniyaya – 54
9-10. Avstriyadan Almaniyaya – 53
Almaniyadan Türkiyəyə - 53