11:43 15-01-2022
news_image
72
FUTBOL

“Real”da daha bir itki

“Real” Superkubokun final oyununa daha bir itki ilə çıxacaq.

Apasport.az saytının məlumatına görə, David Alaba “Atletik”lə görüşdə iştirak etməyəcək.

Avstriyalı müdafiəçi zədə səbəbindən oyunu buraxacaq. Komanda ilə birlikdə Səudiyyə Ərəbistanına yollanan Alaba “Barselona” ilə yarımfinal matçını (3:2) eyni səbəbdən buraxıb.

Qeyd edək ki, sabah baş tutacaq final oyununda koronavirusa yoluxan Dani Karvaxal da meydana çıxmayacaq.