12:10 15-01-2022
news_image
141
FUTBOL

Mikels, Ozobiç və Qurbanlıdan rekord

Premyer Liqanın ən məhsuldar futbolçuları müəyyənləşib.

Apasport.az saytının hesablamalarına görə, hazırda yarışda çıxış edən oyunçuların ölkə çempionatının tarixindəki orta məhsuldarlığı bəlli olub.

Bununla bağlı araşdırmaya Erlinq Halandın “Borussiya”dakı məhsuldarlığı səbəb olub. Dortmund klubunun forvardı 77 matçda 78 qol vurub.

Ölkəmizdə isə ən azı 10 oyun keçirən futbolçulardan yalnız yeddisinin göstəricisi 0,30 və ya daha yüksəkdir. Rekord isə Coy-Lens Mikelsə məxsusdur. Onun məhsuldarlığı 0,50-dir.

“Top-7”də yalnız “Qarabağ”ın iki üzvü var. Filip Ozobiç Azərbaycan pasportuna malik olanlar, Musa Qurbanlı isə yerli oyunçular arasında hamını qabaqlayır. Musa burada yeganə yerli oyunçudur.
 
1. Coy-Lens Mikels (Sabah) - 0,50 (6/12)
2. Filip Ozobiç (Qarabağ) - 0,40 (44/110)
3. Davit Volkov (Zirə) - 0,37 (26/71)
4. Musa Qurbanlı (Qarabağ) - 0,36 (8/22)
5. Əli Qurbani (Sumqayıt) - 0,34 (10/29)
6. Felipe Santos (Keşlə) - 0,33 (4/13)
7. Isnik Alimi (Qəbələ) - 0,30 (4/14)