13:10 15-01-2022
news_image
93
FUTBOL

“Barselona” müdafiəçisi ilə vidalaşır

“Barselona” müdafiəçisi Serjinyo Destlə vidalaşmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, ABŞ millisinin futbolçusu artıq qış transfer pəncərəsində klubunu dəyişə bilər.

İspaniya təmsilçisinin baş məşqçisi Xavi Destə ehtiyac duymur. 22 yaşlı futbolçu “Bavariya”nın transfer siyahısında yer alıb. Lakin amerikalının özü “Barselona”da qalmaqda maraqlıdır.

Qeyd edək ki, Dest 2020-ci ildə “Ayaks”dan “Barselona”ya keçib.