14:35 15-01-2022
news_image
91
FUTBOL

“İnter”in Dibala planı

“İnter” Paulo Dibalanı heyətinə qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi “Yuventus”un hücumçusunu azad agent kimi ələ keçirməyi planlaşdırır.

“Neradzurra” buna görə yaya qədər gözləməyə də razıdır. Klub nümayəndələri futbolçunun agenti ilə danışıqlara başlayıblar.

“İnter” argentinalıya 5 illik müqavilə təklif edəcək. Argentinalı bonuslardan əlavə 7,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Dibala “Yuventus”da ilə 7,3 milyon avro maaş alır.