15:34 15-01-2022
news_image
148
FUTBOL

Petr Novak: “Sumqayıt” qapımıza zərbə endirmədi”

“Yoxlama oyunları müəyyən oyun sxemlərinin üzərində işləmək baxımından faydalıdır. Amma hər bir oyunçu da özünü yaxşı tərəfdən göstərməyə çalışır”.

Apasport.az saytının məlumatına görə, bunu “Yagelloniya”nın baş məşqçisi Petr Novak deyib.

O, Polşa təmsilçisinin “Sumqayıt”la yoxlama oyunu barədə fikirlərini açıqlayıb: “İsrail Puerto uğursuz şəkildə yerə yıxıldığı üçün zədələndi. Həkimlərin müayinəsini gözləyirik. Ümid edirik ki, tezliklə bizə qoşula biləcək. Bu görüşdəki nəticə prioritet deyildi. “Sumqayıt”la oyunda digər vacib tapşırıqlar var idi. Üzərində bir həftədir çalışdığımız gedişləri sınadıq. Taktiki düşüncələrimizin düz olduğuna əminlik istəyirdim. Sinaqdan razı qaldım. Çünki “Sumqayıt” qapımıza zərbə endirmədi. Amma bizim sürətli oyunumuz alınmadı. Topla çox ləğgiyirdik”.

Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb.