16:18 15-01-2022
news_image
143
FUTBOL

Antalyada həsrət: Ümid “Sabah”a qaldı

Azərbaycan klubları 2022-ci ildə Antalyada keçirilən yoxlama oyunlarında qələbəyə həsrətdir.

Apasport.az saytının məlumatına görə, qələbəsizlik artıq 4 matça çatıb.

Bu gün “Sumqayıt” Polşa “Yagelloniya”sı ilə qarşılaşmada qolsuz heç-heçə edib. Bu, təmsilçilərimizin Türkiyədəki 4-cü matçda 3-cü sülhü olub.

Dünən “Neftçi” “Kişvarda” (Macarıstan) ilə 2:2, “Qarabağ” isə  “Qaz Metan”la (Rumıniya) 0:0 hesablı bərabərliyə imza atıb. Heç-heçə bitməyən yeganə qarşılaşma daha məhsuldar alınıb. İki gün öncə “Zirə” “Peç”ə (Macarıstan) 3:5 hesabı ilə uduzub.

Qeyd edək ki, qələbəsiz seriyanı bu gün “Pakş”la görüşəcək “Sabah” qıra bilər.