16:34 15-01-2022
news_image
137
FUTBOL

Azərbaycan millisi boş tribunalar önündə

Futzal üzrə Azərbaycan millisinin növbəti oyunu tamaşaçısız keçiriləcək.

Apasport.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Belçika ilə görüş boş tribunalar önündə təşkil olunacaq.

Buna səbəb koronavirus pandemiyasıdır. Bu üzdən də Belçikadakı yoldaşlıq matçına tamaşaçı buraxılmayacaq.

Qeyd edək ki, matç yanvarın 17-də keçiriləcək.