16:43 15-01-2022
news_image
228
FUTBOL

Şevçenko istefaya göndərildi

İtaliya “Cenoa”sı baş məşqçisi Andrey Şevçenkonu istefaya göndərib.

Apasport.az saytının məlumatına görə, mövsümün gedişində bu vəzifəyə gətirilən ukraynalı komandanı cəmi 11 oyuna çıxarıb.

Bu müddətdə genuyalılar yalnız 1 qələbə qazanıblar. 45 yaşlı mütəxəssisin bu uğuru da kubokun “Salernitana” ilə matçında təsadüf edib – 1:0.

Qeyd edək ki, “Cenoa” A seriyasının turnir cədvəlində 20 komanda arasında 19-cudur.