18:02 15-01-2022
news_image
161
FUTBOL

“Atalanta”nın futbolçusu Premyer Liqa klubu ilə anlaşdı

“Atalanta”nın futbolçusu Robin Qozens karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “Nyukasl” yarımmüdafiəçinin transferini razılaşdırıb.

Premyer Liqa təmsilçisi almaniyalı futbolçu ilə 3,5 illik müqavilə imzalayacaq. Robin yeni klubunda ildə 3,5 milyon avro qazanacaq.

27 yaşlı yarımmüdafiəçi 4 aya yaxındır zədə üzündən meydana çıxmır. Qozens tibbi müayinədən keçdikdən sonra “Nyukasl” “Atalanta”ya rəsmi təklif göndərəcək.

Qeyd edək ki, almaniyalı cari mövsümün 8 matçında 2 qola imza atıb.