18:23 15-01-2022
news_image
93
FUTBOL

Navas koronavirusa yoluxdu

PSJ-nin daha bir futbolçusu koronavirusa yoluxub.

Apasport.az saytının məlumatına görə, bunu Paris təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Fransa klubunun qapıçısı Keylor Navasın testi müsbət nəticə verib. 35 yaşlı kosta-rikalı komandadan təcrid olunub.

Qeyd edək ki, Keylor cari mövsümdə 17 oyunda 17 top buraxıb.