22:04 15-01-2022
news_image
273
FUTBOL

Dieqo Kosta Premyer Liqaya qayıdır?

“Atletiko Mineyro”dan ayrılmaq niyyətində olan Dieqo Kosta karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, İspaniya millisinin braziliyalı forvardı “Arsenal”ın hədəfinə düşüb.

“Topçular” 33 yaşlı forvardla ciddi şəkildə maraqlanır. Digər Braziliya təmsilçisi “Korintians” da onu heyətində görmək niyyətindədir.

Qeyd edək ki, “Atletiko” və “Çelsi” klublarda oynamış Dieqo Braziliya çempionatının son mövsümündəki 15 matçda 4 qola imza atıb.