15:10 17-01-2022
news_image
179
FUTBOL

Dieqo Simeoneyə Premyer Liqadan təklif

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone mövsümün sonunda klubu tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” rəhbərliyi argentinalı mütəxəssisi komandaya dəvət etməkdə maraqlıdır.

Ralf Ranqniki bu posta müvəqqəti tərin edən “qırmızı şeytanlar” Simeoneni ən ideal namizəd hesab edir. Premyer Liqa təmsilçisi 52 yaşlı çalışdırıcıya İspaniya klubunda aldığı maaşın eynisini ödəməyə hazırdır. Onun madridlilərlə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko”nu çalışdırır.